BAKI, 27 fevral. TELEQRAF
Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma şərtilə "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 30 iyul 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 73 dolları keçib.
Teleqraf xəbər verir ki, Bakı vaxtılə saat 15:04-də "Brent" markalı neftin qiyməti 3,06% artaraq barel üçün 73,01 dollara çatıb.
15:10-da isə "Brent" markalı neftin qiyməti bir barel üçün 73,1 dollara (3,19% artım) çatıb. Bu arada, WTI markalı xam neftin 2026-cı ilin aprel ayı üçün fyuçersləri bir barel üçün 67,37 dollar (3,31% artım) təşkil edib.