BAKI, 6 fevral. TELEQRAF
Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlərin bərpası çərçivəsində yük daşımaları ilə bağlı növbəti addım atılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Onun sözlərinə görə, hazırda daha iki növ məhsulun Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gətirilməsi üçün danışıqlar aparılır:
"Müzakirələr konkret olaraq bu malların idxalı imkanlarının açılmasına yönəlib. Söhbət birbaşa tranzitdən, yəni yüklərin Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılmasından gedir".
Qeyd edək ki, hələlik söhbətin hansı konkret məhsullardan getdiyi və daşımaların hansı marşrutla həyata keçiriləcəyi barədə təfərrüatlar açıqlanmayıb.