BAKI, 29 yanvar. TELEQRAF
Ermənistanın enerji sistemi Azərbaycan və Türkiyə ilə birləşdirilməsi düzgün addım olardı.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycandakı elektrik enerjisinin artıqlığı beynəlxalq bazarlara çıxış üçün potensial yaradır:
"Bu, o deməkdir ki, Ermənistan Azərbaycana məxsus şəbəkə vasitəsilə tranzitdən istifadə edə biləcək, Azərbaycan isə Ermənistana məxsus şəbəkədən istifadə edərək, o cümlədən Naxçıvana enerji ötürə biləcək".
Baş nazir əlavə edib ki, əgər hər hansı bir səbəbdən Ermənistanın enerji ixracı reallaşmasa belə, ən azından ölkə tranzitdən gəlir əldə edəcək.