BAKI, 13 yanvar. TELEQRAF
Bakının Xətai rayonunda yerləşən “Radiozavod” elektrik yarımstansiyası tamamilə yenidən qurulacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Azərişıq” ASC müsabiqə elan edib.
Müsabiqənin qalibi 110/10/10 kV-luq "Radiozavod" yarımstansiyasının 2x40 MVA gücündə, 110/35/10 kV-luq "GİS" tipli tam qapalı yarımstansiya kimi yenidən qurulmasını həyata keçirəcək.
Eyni zamanda, 110 kV-luq “Həzi Aslanov” – “Əhmədli” yarımstansiyaları arasındakı kabel xətti yeni yarımstansiyaya giriş-çıxış edilməklə əlaqələndiriləcək.
Tenderin ehtimal olunan qiyməti 28 milyon 905 min 738,83 manatdır.
Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi fevralın 26-na təyin olunub.