BAKI, 12 yanvar. TELEQRAF

Tullantı sularının idarə olunmasında sutəmizləyici qurğuların məhsuldarlığı 50 faizdən çox artırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair təsdiqlədiyi 2026-2035-ci illər üzrə Dövlət Proqramında deyilir.

Proqramda xəzər dənizinə (gölünə) axıdılan çirkli suların keyfiyyətinin yaxşılaşdırılması, ümumi uzunluğu 16 km olan gətirici kollektorun tikintisinin tamamlanması, 20 yaşayış məntəqəsində tullantı sularının idarə olunması sistemlərinin qurulması və səmərəliliyinin artırılması; sahilboyunun və göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, təmizlənmiş tullantı sularından təkrar istifadə yolu ilə su resurslarından səmərəli istifadənin artırılması nəzərdə tutulub.