BAKI, 7 yanvar. TELEQRAF
ABŞ-nin “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu Rusiyanın “Lukoil” şirkətinin beynəlxalq aktivlərinin bölüşdürülməsi ilə bağlı saziş bağlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkətlərin təklifi “Lukoil”in bütün xarici portfelini əhatə edir. “Quantum” və “Chevron” uzunmüddətli perspektivdə ümumilikdə 22 milyard dollar dəyərində aktivlərə sahib olmağı hədəfləyir. Bu yanaşmanın ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən müsbət qarşılandığı bildirilib.
Xatırladaq ki, oktyabrda ABŞ və Böyük Britaniya “Lukoil”i sanksiya siyahılarına daxil edib. Bundan sonra şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.