BAKI, 27 noyabr. TELEQRAF

1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, təmir işlərinə 8 milyon 938 min 796 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, müvafiq işlərə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsi nəzarət edəcək.