BAKI, 24 noyabr. TELEQRAF

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 2 ədəd Volkswagen Transporter markalı nəqliyyat vasitəsi hərraca çıxarılır.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2014-cü il istehsalı olan avtomobillərdən birinin hərracda ilkin satış qiyməti 9750 manat, digərinin isə 9050 manat təşkil edir.

Qeyd edək ki, hərrac dekabrın 24-də baş tutacaq, və iştirak üçün əvvəlcədən 10 % beh tələb olunur.

Onu da bildirək ki, hərraca çıxarılan qeyri-yaşayış binası bank tərəfindən ayrılan nağd kreditlərin təminatı kimi qəbul edilib. Bu ilin üçüncü rübündə bankın xalis kredit portfeli 6 milyard 802 milyon 549 min manat olub. Bu da ilin əvvəlinə nisbətən 7,1% artım deməkdir. ABB-nin sektor üzrə bazar payı 21,6% təşkil edir. Bank müştərilərə verilən kreditlərdən 601 milyon 991 min manat faiz gəliri əldə edib.