BAKI, 22 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 53 milyon 358.62 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.

Teleqraf Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 51.64% artıb.

Hesabat dövründə Azərbaycana 220 milyon 014.63 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 7.54% artım deməkdir.

Cari ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,25%-ni, idxalı isə ümumi idxalın 1,14%-ni təşkil edib.