BAKI, 14 noyabr. TELEQRAF
Bu ilin 18 oktyabr - 9 noyabr tarixlərində arıçılıq məhsullarının 25-ci respublika sərgi-satış yarmarkasında fermerlər tərəfindən yarmarkaya çıxarılan 100 tondan çox arıçılıq məhsulundan 83,5 tonu satılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin göstəricisini 23,7 faiz və ya 16 ton üstələyib.
Qeyd edək ki, yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edib.