BAKI, 14 noyabr. TELEQRAF

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Qurumun məlumatına görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır. Nəticədə qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır eyni zamanda heyvanlar tələf olur.

"Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir."-deyə qurum bildirib.