BAKI, 13 noyabr. TELEQRAF
Sabah Xətai rayonunun bir hissəsində qaz olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.