BAKI, 13 noyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsində Balıqçılıq və Akvokultura Mərkəzi və tabeliyindəki qurumların fəaliyyətinin təmin edilməsi üçün ilk dəfə olaraq 4,4 milyon manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikasının prezidentinin 2019-cu il 27 iyun tarixli 759 saylı fərmanına müvafiq olaraq yeni subsidiya mexanizmi tətbiq edilir.

2024-cü ildə meyvə və giləmeyvə bağlarının sahəsi 2019-cu ildə müqayisədə 10 faiz, pambığın əkin sahəsi 2,7 faiz artısa da dənli və dənli baxlıların əkin sahəsi 4,8 faiz azalmışdır. Əkin strukturunda meyvə və giləmeyvə sahələrin payın artması əlavə dəyərin artımı ilə yanaşı, əhalinin məşğulluğuna da müsbət təsir göstərir. Orta müddətli dövrdə bitkiçilik sahəsində məsuldarlığın artırılması və dayanıqlı artıma nail olmaq üçün intensiv meyvə bağların salınmasının, müasir suvarma sistemlərinin tətbiqinin, torpaqların dincə qoyulmasının dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

2026-cı ildə əkin subsidiyasının ödənilməsi ilə bağlı 290 milyon manat proqnozlaşdırılmışdır ki, bu da cari ilin büdcə göstəriciləri ilə müqayisədə 6 milyon manat və ya 2% az, 2024-cü ilin faktiki xərcləri ilə müqayisədə 16 milyon manat və ya 5,8% çoxdur. Məhsulun miqdarına görə verilən subsidiyanın məbləği məhsuldarlığın artımı ilə bilavasitə əlaqəli olduğundan bu subsidiya istehsalın stimullaşdırılmasına əsaslı təsir edir.

2026-cı ildə məhsul subsidiyasını ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb.