BAKI, 13 noyabr. TELEQRAF
Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.
Teleqraf xəbər verir ki, bunu 2026-cı ilib büdcə layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.
Onun sözlərinə görə, vəsaitlərin 76%-i regionların payına düşüb.
Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 mln. manat olan 4590 investisiya layihəsinə 250 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500 yeni iş yerinin açılması imkanı yaranıb.
Eyni zamanda, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən 498 investisiya layihəsinə 27.9 milyon manat güzəştli kredit verilmiş, 367 yeni iş yerinin açılması imkanı yaranmışdır.
Bununla yanaşı qeyd etmək istərdim ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub.