BAKI, 7 noyabr. TELEQRAF
"Bələdiyyələrə dotasiya, subvensiya cə subsidiya ayırılır. Cari il üzrə dotasiyalardan istifadəsinin səviyyəsi normaldır, amma subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır".
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib:
"Ümumiyyətlə, cari il üzrə ayrılmış vəsaitin istifadəsi 50%-dir. Ona görə də, növbəti il üzrə bu vəsaitlərin artırılması planlaşdırılmayıb, eyni rəqəm olaraq saxlanılacaq. Subvensiya ünvanlı vəsaitdir və konkret olaraq, ayrıldığı istiqamət üçün istifadə edilməlidir. Subsidiyalarla bağlı analoji meyarlarımız mövcuddur".