BAKI, 7 noyabr. TELEQRAF

"Regionlarda artıq vergi yığımları xərclərini ödəməyə kifayət edir. Bununla bağlı mexanizm artıq qüvvəyə minib və istifadə olunur".

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

"Hər il ərzində rayonlar üzrə proqnozda müəyyən edilmiş vergilərdən artıq yığımların 50%-i xərcləri bölməsinə daxil edilir. Bu vəsaitdən həm sosial müdafiə, həm rayon ərazisində yaşayan aztəminatlı ailələrə, həssas insanlara olan dəstək, həm də abadlaşma xərcləri müəyyən edilir. Gələn üçün bu proqnoz 100 milyon manat məbləğindədir. Bizim rayonlarımız bu mexanizmlə aktiv istifadə edirlər və növbətlər istifadə biləcəklər", - deyə bildirib.