BAKI, 7 noyabr. TELEQRAF
"Hesablama Palatasının apardığı təhlillər göstərir ki, 2026-cı ilin büdcə layihəsinin bəzi maddələri üzrə təkmilləşmələr aparılmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin komitələrinin iclasında Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.
O bildirib ki, növbəti ilin baza ssenarisində olan proqnozlarda ölkə iqtisadiyyatında əvvərişli makro-iqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul infliyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı gözlənilir.