BAKI, 7 noyabr. TELEQRAF

İlk dəfə olaraq proqnoz göstəricilərimizdə dövlət büdcəsinin cari xərclərinin təqribən 90%-nin qeyri-neft gəlirləri ilə qarşılanması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib:

"2029-cu ilə qədər bu rəqəmin 100%-ə çatdırılması planlaşdırılır. Bu dövlət büdcəsinin dayanıqlılığının ən böyük göstəricilərindən biri olacaq və neft-qaz bazarındakı volatilliyin Azərbaycanın fiskal məkanına təsirinin azaldılması istiqamətində böyük irəliləyiş olacaq. 2026-cı icmal büdəcdə qeyri-neft gəlirlərinin payının 63%-ə çatmasını proqnozlaşdırırıq. Dövlət büdcəsində bu rəqəm 57% olacaq".