BAKI, 7 noyabr. TELEQRAF
"Bu gün "Bakı Metropoliteni"nə əslində 4 yeni vaqon gətirilməli idi . Lakin sentyabr ayından intervallar aşağı salınıb. Və interval 1 dəqiqə 45 saniyəyə təşkil edir. Bu isə o deməkdir ki, xətdə hərəkət edən qatarların sayı artırılmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib:
"İstehsalçı ilə danışılaraq nəticəsində daha 2 yeni qatarın Bakıya gətirilməsi təmin olunub. Bu qatarlar 4-cü nəslə mənsubdur. Yeni qatarların üstünlüklərindən biri də təhlükəsizliklə bağlıdır. Vaqonların əsas hərəkətverici hissələri Almaniyadan, mühərriklər Avstriyadan, vaqonlar arası keçidlər isə Çexiyadan alınıb".