BAKI, 4 noyabr. TELEQRAF

"Bakı Gəmiqayırma Zavodu" dövlətə məxsusdur. Orada səhmdarın dəyişməsi baş verib və AZCON Holdinqin tabeliynə keçirilib. Zavodun vergi güzəştinin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib".

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov millət vəkili Qüdrət Həsənquliyevin "Bakı Gəmiqayırma Zavodu"nun vergi ödəməməsi ilə bağlı iradına cavabda deyib.

"Bu zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir. Fəaliyyəti uzun illərdir ki, mənfətli deyildi. Son 1-2 ildə əməliyyat mənfətinə çıxıb. Yükləmə səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Hazırda həmin zavodda, yanlış xatırlamıramsa, 10-a yaxın gəminin inşası eyni vaxtda həyata keçirilir. Bu da dinamikadır. Biz bu dinamikanı dəstəkləmək istəyirikmi? Bəli, biz istəyirik və biz bunu müdafiə etməyə hazırıq", - deyə qeyd edib.