BAKI, 17 oktaybr. TELEQRAF
Bu ilin yanvar-iyun ayları üzrə daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 7,9 faiz azalaraq 1 milyard 482,3 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, iyulun 1-i tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti isə cari ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalıb.
Daxili dövlət borcunun 46,7 faizini dövlət qiymətli kağızları, 53,3 faizini isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC BOKT-un dövlət zəmanətli borcu təşkil edir.
Dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb.