BAKI, 15 sentyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 8 milyard 938 min 864.59 dollar dəyərində 16 milyard 996 min 208.46 ton xam neft və xam neft məhsulları ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 4,9 milyard dollar dəyərində 9 589 365.70 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 307 899.13 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 701 374.00 dollar olub.
Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 998 469.46 ton xam neftin statistik dəyəri 537 768.29 min dollar təşkil edib.
Bundan əlavə, Almaniyaya 841 915.48 ton ( 445 304.60 min dollar ), Rumıniyaya isə 778 615.54 ton (429 334.05 min dollar ) həcmində xam neft ixrac olunub.