BAKI, 14 oktyabr. TELEQRAF
Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Xəzərdənkənar sularda yük daşınmasını 3,3 dəfə artırıb.
Teleqraf ASCO-ya istinadən xəbər verir ki, uzun fasilədən sonra, 2014-cü ilin oktyabrında beynəlxalq sularda yenidən fəaliyyətə başlayan ASCO, həmin il “Üzeyir Hacıbəyli” və “Natəvan” quru yük gəmilərini istismara verərək yeni mərhələyə start verib.
Məlumata görə, 2015-ci ildə Xəzərdənkənar sularda daşınan yük həcmi 183 139 ton olub.
2024-cü ildə isə bu göstərici 609 742 tona çatıb.
Beləliklə yükdaşımalarda təxminən 3,3 dəfə və ya 233% artım müşahidə olunub.