BAKI, 9 oktyabr. TELEQRAF
Ödəniş sahəsinə gəlsək, artıq bu ilin ortasına aylıq kart dövriyyəsi 10 milyarda çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Baku Fintech Forum 2025" tədbirində bildirib:
"Bu ölkənin nağdsız ödənişlərə keçidinin nümunəsidir. Eyni zamanda ani ödənişlər sisteminin istifadəsində artımın da şahidi oluruq. Son il ərzində milli ödəniş sisteminin həcminin 10%-ni ani ödənişlər sisteminə keçirməyə nail olduq və bu rəqəmi daha da artırmağı düşünürük.
Eyni zamanda hal-hazırda xüsusi işlədiyimiz layihələrdən biri də QR ilə işləri təşkil edib və QR ilə işlərini ölkəmizdə standartlaşdırılmasıdır.