BAKI, 9 oktyabr. TELEQRAF

"Qazprom" və Qazaxıstan hökuməti Rusiyadan bu ölkəyə yeni qaz kəmərinin tikintisi layihəsinin həyata keçirilməsinə dair memorandum imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sənəd "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller və Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyar arasında keçirilən işgüzar görüş zamanı imzalanıb.

Tərəflər Astananın təbii qaza artan tələbatını nəzərə alaraq, uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını qeyd ediblər.

Tərəflər həmçinin Qazaxıstan qazının Rusiyada uzunmüddətli emalının əsas şərtləri haqqında saziş imzalayıblar.

Şirkətdən verilən məlumata görə, hazırda modernləşmə mərhələsində olan Orenburq Qaz Emalı Zavodunda Qaraçaqanak yatağından hasil edilən qazın emalı üzrə əməkdaşlıq sazişləri rəsmiləşdirilir.