BAKI, 8 oktyabr. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.25 ABŞ dolları və ya 0.36% azalaraq 69.87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.