BAKI, 1 oktyabr. TELEQRAF

İnnovasiya və Təchizat Mərkəzi dərman vasitələrinin alınmasına 33 milyon 487 min 167.19 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, mərkəz bu məqsədlə “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə imzalayıb.

Bunun üçün şirkətə 11 milyon 334 min 810,19 manat ödənilib. Qeyd edək ki, psixotrop dərman vasitələrinin alınması üçün elan edilən tenderdə ilkin qiymət 13 milyon 783 min 61,77 manat olub.

İnnovasiya və Təchizat Mərkəzinin 26 milyon 366 min manat olan açıq tenderinin qalibi isə üç şirkət olub. Qurum ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üzrə “Zeytun Pharmaceuticals” MMC ilə 3 milyon 838 min 441,47 manat, "Avromed Company" MMC ilə 8 milyon 330 min 968,03 manat, "Referans Pharmaceuticals" MMC ilə isə 9 milyon 982 min 947,5 manat dəyərində müqavilələr imzalayıb.