BAKI, 30 sentyabr. TELEQRAF
İlin əvvəlindən indiyə qədər su şənəkəsinə qoşulma ilə bağlı 8 245 müraciət qəbul olunub. Bunların 58% iri şəhərlərin ərazisinə düşüb, 42% ölkənin digər ərazilərinin, regionların payına düşüb. Burada həm əhali, həm də qeyri-əhali kateqoriyası üzrə qoşulmalar var və təxminən 58% sırf əhali tərəfindən qoşumalarla bağlı müracətlərdir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi tədbir zamanı ADSEA sədrinin müavini İlham Bayramov deyib.
O bildirib ki, ilin əvvəlindən indiyə qədər ADSEA-nın Çağrı Mərkəzinə 631 mindən çox müraciət cavablandırılıb:
“Etiraf etməliyik ki, müraciət sayı çoxdur. İl ərzində 631 min müraciət ilə bu az deyil. Yəni deyə bilərik ki, xidmətlərdə problemlər var. Bunun da öz obyektiv, subyektiv səbəbləri var.
Asan Xidmət mərkəzlərində fəaliyyət göstərən xidmət pəncərlərində indiyə qədər 154 min müraciət cavablandırılıb.”