BAKI, 29 sentyabr. TELEQRAF

Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 0.4% və ya 40.9 milyon manat artıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 67.3%-i (10,149.5 mln. manat) milli valyutada, 32.7%-i (4,936.5 mln. manat) xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (9,560.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

2025-ci ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3,949 əmanətçi), ilin əvvəlindən isə 18% (27,132 əmanətçi) artib.