BAKI, 24 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artıb.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Nəticədə paytaxtda əməkhaqqı 1376,3 manat təşkil edib.