BAKI, 22 sentyabr. TELEQRAF
15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 min 655 sərnişin, o cümlədən sentyabrın 16-da 42 min 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.
Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb.