BAKI, 22 sentyabr. TELEQRAF
Xəzər dənizinin suyunun duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb.
Teleqraf xəbər verir ki, sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıb.
Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında Saziş imzalanıb. Sazişə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, “Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imza atıblar.