BAKI, 23 aprel. TELEQRAF

“İsrail yenidən İrana qarşı müharibəyə başlamağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“Artıq yeni hədəflər müəyyən olunub, ABŞ-dən “yaşıl işıq” gözləyirik. İlk növbədə İsrailə qarşı məhv planının təşəbbüskarı olan Xamenei sülaləsinin tamamilə məhv edilməsi üçün...”, - nazir vurğulayıb.

Katsın sözlərinə görə, İran rejimi tarixinin ən zəif durumundadır:

“Rejim yerə sərilib. Liderləri tunellərdə gizlənir, ünsiyyət qurmaqda çətinlik çəkirlər, səması açıqdır və bütün strateji infrastrukturu hücuma qarşı müdafiəsizdir. Buna baxmayaraq, o, məğlub və darmadağın edilmiş HƏMAS və “Hizbullah” kimi qələbə elan etməyə davam edir”.

Müdafiə naziri gələcək hücumun məqsədlərini ətraflı şəkildə izah edərək vurğulayıb ki, hədəf İranı qaranlıq və daş dövrlərinə qaytarmaqdır.

İsrailin yeni planına aşağıdakılar daxildir:

Mərkəzi enerji və elektrik obyektlərinin partlaması;

İqtisadi infrastrukturun darmadağın edilməsi;

Ali rəhbərlik və varislərinin məhv edilməsi.

İsrael Kats xəbərdarlıq edib ki, bu dəfəki hücum fərqli və ölümcül olacaq: “Ən ağrılı yerlərə dağıdıcı zərbələr vurulacaq, rejimin təməlləri sarsılacaq və darmadağın ediləcək”.