BAKI, 17 sentyabr. TELEQRAF

Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard ABŞ dollarına çatıb.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.