BAKI, 17 sentyabr. TELEQRAF

Cari ilin birinci yarımilində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,2 milyard ABŞ dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

"Hesabat dövründə Azərbaycanın digər ölkələrin iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalarının həcmi isə 1,3 milyard ABŞ dolları təşkil edib." -deyə o qeyd edib.