BAKI, 15 sentyabr. TELEQRAF

Mərkəzi Bank “İnci Kredo” MMC, “Stimul” MMC, “Ləman” MMC-yə icrası məcburi göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, hər üç təşkilat 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İnci Kredo” MMC, “Stimul” MMC, “Ləman” MMC-yə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Mərkəzi Banka rəsmi məlumat verilməsi tələb olunub.