BAKI, 8 sentyabr. TELEQRAF
2025-ci ilin ilk 6 ayında Naxçıvan büdcəsinin xərcləri proqnozdan aşağı olub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasının təhlilinə dair məlumatda qeyd olunub.
Bildirilir ki, hesabat dövründə xərclərin əhəmiyyətli dərəcədə aşağı icrasında yolların, tikililərin və ümumilikdə tikinti-infrastruktur layihələrinin faktiki olaraq icra edilməməsi və ya ləngiməsi əhəmiyyətli paya malik olub:
"2025-ci il Naxçıvan büdcəsində dövlət əsaslı vəsait qoyuluşu istiqamətində 22 mln. manat proqnozlaşdırılıb. Hesabat dövrü ərzində qəbul edilmiş müvafiq sərəncamlara əsasən 31 istiqamət üzrə 21,5 mln. manatın bölgüsü həyata keçirilsə də 6,3 mln. manat (29,4%) xərclənib. Aparılan təhlillərə görə, icra faizi 0% olan 12 sifarişçi təşkilat üzrə ümumilikdə 7,2 mln. manat vəsaitin bölgüsü həyata keçirilsə də, icra baş verməyib"- deyə, hesabatda qeyd edilib.