BAKI, 8 sentyabr. TELEQRAF

2025-ci ilin birinci yarısında dövlət büdcəsi gəlirlərinin proqnozla müqayisədə ən yuxarı icra səviyyəsi (3173,2 milyon manat) mayda qeydə edilib. Xüsusilə Dövlət Neft Fondundan (ARDNF) transfertlərin proqnozla müqayisədə 247,9 milyon manat çox burada əhəmiyyətli rol oynayıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.

Məlumata görə, hesabat dövründə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnozdan az, ADNF -nin transferti proqnozla eyni səviyyədə icra olunub.

Qeyd edək ki, 2025-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub. 2025-ci ilin ilk altı ayında ARDNF-in büdcəsinin icrası çərçivəsində 7 milyard 240 milyon manat vəsait büdcəyə köçürülüb. Bunun 3,7 milyard dollar ekvivalenti valyuta hərracları vasitəsilə rellaşdırıb. Bu planın 44%-i deməkdir.