BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ mavi yanacağın ixracını artırmaqla Avropanın Rusiya qazından asılılığını azaltmağa çalışır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt xarici əlaqələr üzrə qeyri-hökumət şurasının təşkil etdiyi tədbirdə açıqlayıb.

Bu ilin mayında Avropa Komissiyası Rusiya qazından imtina təşəbbüsü ilə çıxış edib. Yol xəritəsində 2025-ci ilin sonuna qədər Rusiya qazının idxalı ilə bağlı yeni sövdələşmələri və spot müqavilələri qadağan etmək niyyəti qeyd olunur.