BAKI, 4 sentyabr. TELEQRAF

“Mərkəzi Neftçilər Xəstəxanası” tibbi və texniki sahədə genişmiqyaslı işlər üçün 1 milyon 154 min 982 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, xəstəxana uroloji avadanlıqlar və müxtəlif tibbi alətlər almağı planlaşdırır.

Bu məqsədlə 442 min 193 manat xərcləməyi nəzərdə tutur.

Bundan əlavə, səhiyyə ocağı təsərrüfat işlərinin yaxşılaşdırılması üçün 120 min 667 manat, havalandırma sisteminin təmiri və ehtiyat hissələrinin quraşdırılması üçün 112 min 46 manat vəsait ayrıb. Mətbəx və yeməkxananın ləvazimatları üçün 138 min 427 manat, katriclər üçün 60 min 435 manat, döşəmə üzlükləri (linoleum) üçün 176 min 342 manat və təmizlik vasitələri üçün 104 min 869 manat xərclənməsi nəzərdə tutulur.