BAKI, 12 avqust. TELEQRAF

Bu ilin yanvar- iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində ən çox paya malik olan ölkə İtaliya olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İtaliya ticarət dövriyyəsində 25,6 faiz payla əsas tərəfdaş olub.

Eyni zamanda Türkiyə 11,9 faiz, Rusiya 10,3 faiz, Çin 8,6 faiz, Almaniya 3,1 faiz, Birləşmiş Krallıq 2,7 faiz, ABŞ 2,4 faiz, Qazaxıstan 2,1 faiz, Çexiya isə 2,0 faiz paya sahibdir.