BAKI, 11 avqust . TELEQRAF
Tovuz Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkə sərhədindən gizli yolla keçirilməsinin qarşısını alıblar.
Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.