BAKI, 10 avqust. TELEQRAF

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edilib.

Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.