BAKI, 17 iyul. TELEQRAF

Cari ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 24 milyard 400 milyon 310.29 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 12.09% artım deməkdir. Xarici ticarət əməliyyatlarının 11 milyard 522 milyon 144.37 min dolları idxal əməliyyatlarının payına düşüb (29.94% artım).

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə idxal olunan malların çeşidlərinin sayı 7 153 olub.

İdxalda ən böyük pay 6 milyard 374 milyon 948.98 min dollarla özəl sektora məxsus olub – 55.33%. Dövlət sektorunun idxalda payı 4 milyard 134 milyon 524.94 min dollar və ya 35.88%, fiziki şəxslərin isə 1 milyard 12 milyon 670.45 min dollar və ya 8.79% olub.

Azərbaycana MDB ölkələrindən idxal 3 milyard 24 milyon 903.90 min dollar (26.25%), Aİ ölkələrindən isə 1 milyard 422 milyon 772.54 min dollar (12.35%) təşkil edib. Ölkə qrupları üzrə idxalda liderlik 7 milyard 74 milyon 467.93 min dollarla digər ölkələrin payına düşüb - 61.40%.

Hesabat dövründə humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələr çərçivəsində 20 milyon 224.51 min dollar dəyərində idxal həyata keçirilib. Eyni zamanda, yüksək texnologiyalar məhsullarının idxalı 644 milyon 626.13 min dollar olub və bu, ümumi idxalın 5.59 faizinə bərabərdir.