BAKI, 19 dekabr. TELEQRAF
Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm.
Teleqraf xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasındakı əməkdaşlığın inkişafından danışıb.
"Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır.
Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir.
Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram",- Çin lideri qeyd edib.