Xalq şairi Nəriman Həsənzadənin səhhətində irəliləyiş var.
Bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
O bildirib ki, Xalq şairinin müalicəsi Mərkəzi Klinik Xəstəxanasında davam edir.
“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. Yeni ildən öncə xəstəxanadan buraxılması planlaşdırılır",- deyə A.Mehmandost əlavə edib.
Qeyd edək ki, Nəriman Həsənzadənin 94 yaşı var. O böyrək çatışmazlığından əziyyət çəkir.