BAKI, 12 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektrik enerjisi istehsalı 2,2% artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə 12953,0 milyon kVt.s elektrik enerjisi istehsal edilib.
2025-ci ilin yanvar-iyun aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə su elektrik stansiyalarının istehsal 17,9%, günəş elektrik stansiyalarının istehsalı isə 19,3% artıb. Əvəzində külək elektrik stansiyalarının istehsalı 27%-ə yaxın azalıb.