BAKI, 11 iyul. TELEQRAF
Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 4608 min ton təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,1 faiz təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə 8,5 milyon ton yük daşınıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalma deməkdir.
Hava nəqliyyatı ilə yükdaşıma isə 8,4 faiz azalaraq 192,0 min ton olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 70,1 milyon ton yük daşnıb və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,9 faiz artım qeydə alınıb.