BAKI, 11 iyul. TELEQRAF

"Danone" MMC ləğv olunduğunu elan edib.

Teleqraf bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Danone" 2006-cı ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Xəlilov Natiqdir. Nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub.