BAKI, 9 iyul. TELEQRAF

Sentyabrın 2-də Əmlak Məsəslələri Dövlət Xidməti tərəfindən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus 20 ədəd, Fövqəladə Hallar Nazirliyinə məxsus isə 4 ədəd nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Teleqraf xəbər verir ki, hərracda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin 12 ədəd "MITSUBISHI L200", 2 ədəd "HYUNDAI SONATA", 1 ədəd "NISSAN SUNNY", 1 ədəd "MERCEDES BENZ E240", 2 ədəd UAZ 220695, 1 ədəd "İVECO OTOYOL" markalı avtobusu, 1 ədəd "OTOYOL M24.9" markalı avtobusu, Fövqəladə Hallar Nazirliyinin isə 2 ədəd VAZ-21214 və 2 ədəd "CHEVROLET NIVA" markalı nəqliyyat vasitəsi satışa qoyulacaq.

Nəqliyyat vasitələrinin buraxılış illəri 2000–2014-cü illəri əhatə edir. Hərracda ilkin satış qiymətləri isə 3 000 manatdan başlayaraq 14 000 manatadək dəyişir.

Qeyd edək ki, hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.